Bakıda səfirlik maşını qəzaya düşüb
Kateqoriya məlum deyil
Bakıda səfirlik maşını qəzaya düşüb.
Hadisə paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Malayziyanın Azərbaycandakı səfirliyinin katibi Raca Xanizaminin idarə etdiyi, "Mercedes” markalı, 066 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Rövşən Salahovun idarə etdiyi "Mercedes” markalı maşınla toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
Sfera.az






