Bakıda həyat yoldaşını armaturla döydü – Cəzadan azad edildi

Bakıda həyat yoldaşını armaturla döydü – Cəzadan azad edildi
Kateqoriya məlum deyil
T

Bakıda gənc oğlan həyat yoldaşını döyüb.

Sfera.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

23 yaşlı Müslüm Səfərovla (şərti adla) həyat yoldaşı arasında qonaq otağında mübahisə düşüb.

Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Müslüm Səfərov saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkən şəxs ifadələrində barışdıqlarını, eləcə də dəymiş ziyanın ödənildiyini bildiriblər. Həmçinin zərərçəkən qadın ərindən şikayətçi olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR