Bərdədə 17 yaşlı gənci “KamAz” vurdu

Kateqoriya məlum deyil
T
Bərdə-Yevlax yolunda qəza baş verib.
Sfera.az xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “KamAz” markalı yük avtomobili yolu keçən 2009-cu il təvəllüdlü Əsədov Şamxal Nəsir oğlunu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı Ş.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo






