Logo

Sürücü ər-arvadı vurub qaçdı - Bakıda

Sürücü ər-arvadı vurub qaçdı - Bakıda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda ər-arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Qaraçuxur qəsəbəsində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü İbrahimov Pərviz Ədil oğlunu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Abbasova Talehə Məhəmməd qızını vurub. Nəticədə hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

P. İbrahimov polisə ilkin ifadəsində onların "Opel” markalı avtomobil tərəfindən vurulduğunu bildirib.

Qeyd edək ki, hadisəni törətmiş sürücü ərazidən qaçıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (report)

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR