Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq dələduzluq edən şəxs saxlanılıb

Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq dələduzluq edən şəxs saxlanılıb
Kateqoriya məlum deyil
T

Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250 000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. \\APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR