Şəkidə 4 nəfəri çaqqal dişlədi

Kateqoriya məlum deyil
T
Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.
Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.
Oktay Əliyev (71 yaş), Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.
Xəsarət alan şəxslər Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.\\report






