Zərdab qəzasında Qarabağ qazisi və yaxınları ölüb – GÖRÜNTÜLƏR

Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatları məlum olub.
Sfera.az bildirir ki, Modern.az məsələ ilə bağlı Məmmədqasımlı kənd sakinləri ilə əlaqə saxlayıb.
Məlum olub ki, avtomobildə qəzaya düşən ailə üzvləri qəza zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibəti ilə məclis təşkil ediblər.
Qəza anında avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğludur. Qəzada xəsarət alan Reyhan Məhəmmədova isə Elyar Məhəmmədovun həyat yoldaşıdır. Səkinə Məhəmmədova isə Qalib Məhəmmədovun qardaşının həyat yoldaşıdır. Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızıdır.
Saytımıza verilən məlumata görə, Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. Həmçinin 2-ci Qarabağ müharibəsində iştirak edib. Qalib Məhəmmədov uzun müddət Məmmədqasımlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

Soldan sağa Susanna Məhəmmədova, qəzadan tək sağ çıxan şəxs Reyhan Məhəmmədova

Qalib Məhəmmədov və Qarabağ qazisi Elyar Məhəmmədov






