Zərdabda 5 nəfərin yanaraq öldüyü yanğının - VİDEOSU

Xəbər verdiyimiz kimi, Zərdabda bir ailə üzvlərinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, ailə üzvləri toydan qayıdırmış. Onlar Zərdabın Məmmədqasımlı kəndindən olub.
Belə ki, 77-BF-554 seriyalı "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
Qəzada minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova yanaraq ölüblər.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./unikal






