Ağdamda traktor minaya düşdü – Sürücünün vəziyyəti AÇIQLANDI

Ağdamda traktor minaya düşdü – Sürücünün vəziyyəti AÇIQLANDI
Kateqoriya məlum deyil
T

Ağdamın Sarıcalı kəndi ərazisində traktorla minaya düşən şəxs Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasına gətirilib.

Sfera.az xəbər verir ki, xəstəxadan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, Sarıyev Elmdar Xan oğluna sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozu qoyulub, ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumat üçün bildirək ki, adıçəkilən şəxs "K-700" markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR