Bakıda qadın maşına hücum çəkdi - Polis araşdırma aparır- VİDEO

Bakıda qadın maşına hücum çəkdi - Polis araşdırma aparır- VİDEO
Kateqoriya məlum deyil
T

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.

Sfera.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə qadının idarə etdiyi maşınla qarşısındakı avtomobili vurduğu, daha sonra yerə enərək zərbələr endirdiyi, şüşələrini sındırmağa çalışdığı əks olunub.

İddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir.

Əldə etdiyimiz məlumata görə, hüquq-mühafizə orqanları hadisədən məlumatlıdır. Həmin şəxs artıq aidiyyəti polis şöbəsinə dəvət olunub.

Sözügedən görüntüləri təqdim edirik:


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR