Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO

Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO
Kateqoriya məlum deyil
T

Bakıda Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qoyulan yol nişanı sürücülər üçün problem yaradır.

Sfera.az İTV-yə istinadla xəbər verir ki, sükan arxasındakılar nişanı döndükdən sonra görürlər və bu onların cərimələnməsi ilə nəticələnir.

Sürücü Vüsal Yaqubov deyir ki, cərimə ilə üzləşəndən sonra həmin ünvana qayıdıb. Lakin nişanı tapa bilməkdə çətinliklə üzləşib:

“Hər gün bu yoldan istifadə edirəm. Sola baxıb, oradan gələn avtomobillərə yol verib sonra sağa dönürəm və yoluma davam edirəm. Sağ tərəfdə indiyə qədər nə yerdə, nə də yuxarıda avtobus zolağına dair nişan olub”.

Həmin yoldan mütəmadi istifadə edən digər sürücülər bildirirlər ki, nişan olsa da onu vaxtında görmək mümkün deyil. Onların sözlərinə görə, nişan təzə qoyulub və o olmadan da sürücüləri cərimələyiblər.
Mütəxəssislərin fikrincə, yol nişanı sürücünün görmə bucağında yerləşməli və ona qərar vermək üçün kifayət qədər vaxt olmalıdır.

Məsələ ilə bağlı AYNA-ya müraciət olunsa da, hər hansı münasibət bildirilməyəcəyi deyilib.

Daha ətraflı:


Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR