Mingəçevirdə itkin düşən balıqçının meyiti tapıldı

Kateqoriya məlum deyil
T
Mingəçevir su anbarı ərazisində itkin düşən balıqçının meyiti tapılıb.
Sfera.az xəbər verir ki, 1961-ci il təvəllüdlü balıqçı, Yevlax rayonunun Xanabad kənd sakini Xaləddin Kərimovun meyiti itkin düşdüyü ərazidə aşkarlanıb.
Əraziyə aidiyyəti qurumların təmsilçiləri cəlb olunub.
Qeyd edək ki, Yevlax rayonunun Xanabad kənd sakini Kərimov Xaləddin Sabir oğlu avqustun 25-də Mingəçevir su anbarının Samux rayonunun inzibati hüdudlarına aid Alazan vadisində yoxa çıxmışdı.
Xaləddin Kərimova məxsus qayıq və digər əşyalar tapılsa da, özü barədə heç bir məlumat yox idi.






