Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü

Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü
Kateqoriya məlum deyil
T

Rusiyanın paytaxtı Moskvanın mərkəzində LDPR (Rusiya Liberal Demokrat Partiyası) lideri Leonid Slutskinin lüks “Aurus” avtomobili motosikletlə toqquşub.

Sfera.az xəbər verir ki, hadisə Novıy Arbatla Novinski bulvarının kəsişməsində baş verib. Qəza ilə bağlı ilkin məlumatlar sonradan yenilənib.

İlk xəbərlərdə motosikleti qadının idarə etdiyi və onun qəza nəticəsində öldüyü bildirilirdi. Lakin daha sonra ölüm xəbəri təkzib olunub.

Slutskinin açıqlamasına görə, motosikleti gənc oğlan idarə edib və o, yüksək sürətlə “Aurus”a çırpılıb. Motosikletçi nəqliyyat vasitəsində tək olub.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Motosikletçiyə tibbi yardım göstərilib, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Slutskinin köməkçisi Vladimir Dmitriyev qəza nəticəsində ölən və ağır xəsarət alan olmadığını bildirib. O, həmçinin LDPR liderinin qəza zamanı avtomobildə olduğunu və xəsarət almadığını açıqlayıb./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR