Xəzərdə yeni ada peyda oldu

Xəzərdə yeni ada peyda oldu
Kateqoriya məlum deyil
T

Xəzər dənizində yeni ada yaranıb.

Sfera.az xəbər verir ki, Qazaxıstan sahillərində peyda olan yeni adaya “Rıbaçı” adı verilib.

Turizm şirkətinin rəhbəri Erbolat Muxaşovun sözlərinə görə, ada Svyatoy adasının şərqində, sahildən təxminən 30 kilometr məsafədə yerləşir.

Onun sözlərinə görə, son 4-5 ildə Xəzərin şimal hissəsində, Kulalı, Morskoy, Svyatoy, Podqornı, Uşaral, Mayakşıqqan və Dolqiy adaları ətrafında yeni quru sahələri meydana çıxmağa başlayıb. Bu ərazilərdə Xəzər suitilərinə, həmçinin canavar, çöl donuzu, porsuq, müxtəlif balıq və quş növlərinə rast gəlinir.

Muxaşov yeni adanın olduqca mənzərəli təbiətə malik olduğunu və onun havadan görüntülərinin çəkildiyini bildirib.

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından etibarən davamlı şəkildə azalır. Alimlər bu prosesin əsas səbəbləri kimi iqlim dəyişikliklərini, Volqanın dənizə axıtdığı suyun azalmasını və buxarlanmanın artmasını göstərirlər. Xəzərin dayazlaşması isə bütövlükdə regionun ekosisteminə ciddi təsir göstərir./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR