Tehran metrosu partladılıb? - Yeniləndi

Tehran metrosu partladılıb? - Yeniləndi

11:46

İranda, "İmam Xomeyni” metrostansiyasında partlayış baş verib.

Sfera.az xəbər verir ki, bu haqda məlumatı İran mətbuatı yayıb.

Xatırladaq ki, daha öncə İran parlamentində və Xomeyni məqbərəsində atışma baş vermişdi.

***

Tehranda metro partlayışı barədə xəbər doğru deyil.

Adının çəkilməsini istəməyən Tehran sakini Musavat.com-a bildirib ki, "İmam Xomeyni” türbəsi tərəfdə metrostansiya var: "Türbəyə silahlı hücum edən şəxs özünü partladan zaman bir çoxları elə zənn edib ki, partlayış metrostansiyada olub. Bu mənada bəzi mənbələr şayiələrə istinad edərək metro partlayışı xəbərini yayıblar. Bu gün metroda heç bir hadisə baş verməyib”.

Onun sözlərinə görə, hazırda metro adi iş qrafikində fəaliyyətini davam etdirir. Ancaq o, iyunun 6-da Tehran metrosunda qatarların relsdən çıxması və toqquşması nəticəsində çox sayda sərnişinlərin yaralandığını təsdiqlədi.

Tehran sakini onu da bildirib ki, hazırda parlament və İmam Xomeyni türbəsində terror törədənlərin tam olaraq ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR