Xəzərdə qaldırıcı qurğu aşdı - Ölən var

Xəzərdə qaldırıcı qurğu aşdı - Ölən var
Kateqoriya məlum deyil
T

Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada iş prosesi zamanı bədbəxt hadisə baş verib. Hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Abbasov Nizami Ələddin oğlu həyatını itirib.

Sfera.az xəbər verir ki, SOCAR AQŞ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində həlak olduğu bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR