Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI

Beyləqanda su kanalında batan şəxsin adı AÇIQLANDI
Kateqoriya məlum deyil
T

Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum olub.

Sfera.az xəbər verir ki, Qarabağ kanalında batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevadır.

Onın nəşi hadisənin baş verdiyi ərazidən bir neçə kilometr aralıda, rayonun Türklər kəndi ərazisində polis əməkdaşları tərəfindən aşkar edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, R.Hümbətəliyeva Beyləqan rayonunun Dünyamalılar kənd sakini olub. O, bir müddət əvvəl ailə quraraq rayonun II Aşıqlı kəndinə köçüb.

Rəvanə Hümbətəliyevanın hansı şəraitdə suya düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR