General-mayor vəfat etdi

Kateqoriya məlum deyil
T
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
Sfera.az lent.az-a istinadən bildirir ki, general 89 yaşında həyatla vidalaşıb.
Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub.
Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.
Açar sözlər:





