Logo

AzTV-nin əməkdaşını avtomobil vurub öldürüb

AzTV-nin əməkdaşını avtomobil vurub öldürüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşını avtomobil vurub.

Sfera.az APA-ya istinadən məlumatına görə, hadisə Parlament prospektində baş verib.

Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi "Mercedes” markalı avtomobil vurub.

Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR