Bakıda iki qadın dənizdə boğuldu - YENİLƏNİB

Bakıda iki qadın dənizdə boğuldu - YENİLƏNİB
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Bakıda dənizdə iki nəfər boğulub.

Sfera.az xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib.

Dənizdə batan iki qadının meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR