Samuxda 17 yaşlı qız Kürdə batıb, axtarışlar davam edir

Kateqoriya məlum deyil
T
Kür çayının Samux rayonundan keçən hissəsində 17 yaşlı qız batıb.
Sfera.az xəbər verir ki, hadisə çayın Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhərinin Məhsəti qəsəbə sakini olan yeniyetmə qızın tapılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Hazırda FHN əməkdaşları tərəfindən axtarış-xilasetmə tədbirləri davam etdirilir.






