Logo

86 yaşlı kişi intihar edib

86 yaşlı kişi intihar edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qaxda intihar hadisəsi baş verib.

Sfera.az bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saat 18 radələrində rayonun Qaşqaçay kəndində qeydə alınıb.

Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.

Məlumata görə,  Ə. İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR