3 yaşlı uşaq binadan yıxıldı - İşə deputat qarışdı
Hadisə
19:20 / 26.05.2017
1277
Bu gün səhər Mingəçevirdə üç yaşlı Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq yaşadığı binanın üçüncü mərtəbəsindən yerə yıxılıb.
Bu barədə rayonun deputatı Aydın Mirzəzadə məlumat verib.
O bildirib ki, sol ayağında sınıqlar və üz nahiyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində V. Nağızadə sağ qalıb:
"Telefon nömrəsini taparaq uşağın atası Vüsal Nağıyevlə, həmçinin babası Əbülfət Nağıyevlə danışdım. Onlara gözaydınlğı verdim və uşağın daima həkim diqqətində olacağını bildirdim”
"Qafqazinfo”