Şəmkirdə “Niva” yandı - VİDEO
Kateqoriya məlum deyil
Şəmkir rayonunda “Niva” markalı avtomobil yanıb.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Kənd sakini İmna Quliyevə məxsus “Niva” markalı maşın hərəkətdə olarkən alışaraq yanıb.
Hadisə yerinə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Müdaxilə nəticəsində alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.






