"Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət

Kateqoriya məlum deyil
T
Sosial şəbəkələrdə Abşeronun Ceyranbatan qəsəbəsində yerləşən zavodlardan birinin bacasından qalxan qara tüstü ilə bağlı görüntülər yayılıb. İddialara görə, tüstü sakinlərin narahatlığına səbəb olur.
Sfera.az xəbər verir ki, sakinlər bildiriblər ki, bir ildən çoxdur fəaliyyət göstərən alüminium zavodu mütəmadi olaraq atmosferə qara tüstü buraxır. Onların sözlərinə görə, tüstü səbəbindən uşaqları çölə buraxmaqda çətinlik çəkirlər və məsələ ilə bağlı dəfələrlə şikayət etsələr də, nəticə olmayıb.
"Ceyranbatan Dəmir Beton" ASC isə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər köhnədir. Qurumun məlumatına görə, belə halların qarşısını almaq məqsədilə müəssisədə yeni avadanlıq quraşdırılıb.






