Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub.
Sfera.az xəbər verir ki, bu barədə qafqazinfo-ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.
O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: “İyulun 31-də əməliyyat olunub. Bir müddət reanimasiyada qaldı, bu gün isə palataya köçürüldü. Açıq ürək əməliyyatı keçirib, ürəyində dörd damar dəyişdirilib. Əməliyyat çox uğurlu keçdi və hər şey öz qaydasında davam edir.
Göydə Allahın köməkliyi, yerdə isə dövlətimizin, Heydər Əliyev Fondunun böyük dəstəyi oldu. Gəlib prosesi nəzarətə götürdülər, hər cür dəstək göstərdilər. Onlara dərin minnətdarlığımızı bildiririk. Allah hər birinə cansağlığı versin.
Hazırda əhval-ruhiyyəsi yaxşıdır. Dünən də danışmışam, bu gün yenidən yanına gedəcəyəm. İnşallah evə qayıtdıqdan sonra özü əlaqə saxlayacaq, ona dəstək olanlara şəxsən təşəkkürünü və minnətdarlığını bildirəcək”.
Qeyd edək ki, 74 yaşlı Aqil Məlikov bir neçə gün öncə səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.







