"Şamaxı"nın yeniyetmə fubolçusu faciəvi şəkildə həlak oldu (FOTO)

"Şamaxı"nın yeniyetmə fubolçusu faciəvi şəkildə həlak oldu (FOTO)
Kateqoriya məlum deyil
T

"Şamaxı” futbol klubunun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.

Sfera.az xəbər verir ki, klub mərhuma Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bu gün Qaxda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Belə ki, "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Niva"da olan azyaşlı sərnişin, Şamaxı rayon sakini Seyidəli Babazadə ölüb.

Onun ailə üzvləri - 46 yaşlı Ruslan Babayev, 42 yaşlı Əzizə Babayeva, onların 5 yaşlı övladı və "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli xəsarət alıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR