Loqarda avtobus partladıldı: 11 nəfər öldü
Kateqoriya məlum deyil
Əfqanıstanın Loqar vilayətinin Məhəmməd Ağa mahalında partlayış baş verib.
Sfera.az xəbər verir ki, yol kənarına quraşdırılmış bombanın vətəndaşları daşıyan avtobusun yanında partlaması nəticəsində 11 nəfər həlak olub. Ölənlərdən 5-nin azyaşlı olduğu bildirilir.
Hələ ki, heç bir qruplaşma terroru öz üzərinə götürməyib.
Sfera.az






