5 dəfə cəza aldı, yenə tutuldu - Astarada

5 dəfə cəza aldı, yenə tutuldu - Astarada

Astara rayonunda narkotik satıcısı tutulub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları Şahağacı kənd sakini, 53 yaşlı Mirzəyev İqrar Nəriman oğlunu saxlayıb.

Belə ki, əməliyyat məlumatları nəticəsində İ.Mirzəyevin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitə əldə edərək satışını həyata keçirdiyi dəqiqləşdirilib. Vətəndaşın evinə baxış keçirilərək ona məxsus yaşayış yerindən 1 kq çəkidə həşiş qətranı və daha 200 qram çəkidə müxtəlif tərkibli narkotik və güclü təsiredici psixotrop maddələr aşkar edilərək götürülüb.

Evə baxış zamanı həmçinin, narkotik vasitənin istifadəsi üçün istifadə olunan ləvazimatlar və satış üçün lazım olan həssas tərəzi maddi sübut kimi götürülüb.


Qeyd edək ki, İ.Mirzəyev bundan əvvəl 5 dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR