İsmayıllıda ağır qəza: 3 nəfər həyatını itirdi

İsmayıllıda ağır qəza: 3 nəfər həyatını itirdi
Kateqoriya məlum deyil
T

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, "Opel" markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır

_____________

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

İlkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.

Hadisə nəticəsində 3 nəfər ölüb.

Əlavə məlumat veriləcək.

PAYLAŞ