Biləsuvarda zəncirvari qəza oldu, bir nəfər öldü
Kateqoriya məlum deyil
Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, qəza rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hadisə üç avtomobilin iştirakı ilə baş verib.
Ağır qəza nəticəsində sürücülərdən biri — Şərifağa Əmənov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır./APA






