Logo

Qəbələdə avtomobil iki piyadanı vurdu: ölən var

Qəbələdə avtomobil iki piyadanı vurdu: ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qəbələ rayonunda avtomobil iki piyadanı vurub.

Sfera.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 17-də saat 18 radələrində rayonun Əmili kəndində qeydə alınıb.

Rayon sakini Rüstəm Məmmədov idarə etdiyi "VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerliləri Azər Babayevi və Zakir Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb, digər yaralının vəziyyəti orta-ağırdır.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR