Masallıda atdan yıxılan kişi öldü

Kateqoriya məlum deyil
T
Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb.
Sfera.az apa-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib.
Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb və ölüb.
Faktla bağlı araşdırma aparılır.
