Logo

Ucarda yeniyetmə kanalda batdı

Ucarda yeniyetmə kanalda batdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ucar rayonunda yeniyetmənin su kanalında batması ehtimalı ilə əlaqədar axtarışlar aparılır.

Sfera.az apa-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Ucar şəhər sakini Ə.Hacıyev rayonun Rəstəcə kəndi ərazisindən keçən su kanalında itib. Onun suda batdığı güman olunur.

Hazırda hadisə yerində aidiyyəti qurumların əməkdaşları tərəfindən gecə saatlarından başlayan axtarış-xilasetmə tədbirləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR