Bakı–Quba yolunda avtoqəza olub, ölən var

Bakı–Quba yolunda avtoqəza olub, ölən var
Kateqoriya məlum deyil
T

Bakı–Quba avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Sfera.az xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsünün idarəetmə zamanı halı qəfil pisləşib. Onun ürəktutmadan sükan arxasında həyatını itirdiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Əraziyə baxış keçirilib.

Faktla bağlı araşdırma aparılır.\\report

PAYLAŞ