Baş redaktor tutuldu - İkinci dəfə

Baş redaktor tutuldu - İkinci dəfə

Ağdamda şantajla məşğul olan redaktor tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, mayın 10-da vətəndaş R. Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini deyib. R. Qasımov həmin şəxsin ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.

Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən "Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR