Romada güclü partlayış

Romada güclü partlayış

Səhər saatlarında Romanın mərkəzi küçəsində partlayış baş verib.

Sfera.az xəbər verir ki, bu haqda Romanın KİV-ləri məlumat yayıb.

Məlumata görə, partlayış poçt şöbəsi yaxınlığında baş verib. Hazırda hadisə yerində yanğınsöndürən və polislərin olduğu bildirilir. Partlayış nəticəsində bir avtomobilə ziyan dəyib, ölən və yaralananlar barədə məlumat yoxdur.

Partlayışın səbəbləri məlum deyil. İlkin ehtimala görə, partlayış əldədüzətmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR