Logo

Azərbaycanda güclü zəlzələ - YENİLƏNDİ

Azərbaycanda güclü zəlzələ - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı məlumat açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub. (apa)

***

Bu gün saat 07:00 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib.

APA-nın məlumatına görə, zəlzələ Şirvan şəhəri, Salyan rayonu və Lənkəranda hiss olunub.

Məlumata əsasən, yeraltı təkanlardan sakinlər təşvişə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR