14 yaşlı oğlan velosipeddən yıxılıb ağır xəsarət aldı

14 yaşlı oğlan velosipeddən yıxılıb ağır xəsarət aldı
Kateqoriya məlum deyil
T

Ağdamda 14 yaşlı oğlan velosipeddən yıxılaraq xəsarət alıb.

Sfera.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı velosiped sürərkən idarəetməni itirərək yıxılıb.

Nəticədə X.Muxtarlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən bildirilib ki, 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) 28.06.2026-cı il tarixində saat 14:20 radələrində Bərdə Rayon Mərkəzi

Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi, mədəcikdaxili qansızma diaqnozları təyin edilən şəxsin müalicəsi tibb müəssisəsinin

Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. \\qafqazinfo

PAYLAŞ