Gəncədə avtomobil maneəyə çırpıldı, sürücü həyatını itirdi

Kateqoriya məlum deyil
T
Gəncə şəhərində avtomobilin maneəyə çırpılması nəticəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Vaqif və Müseyib Bağırov küçələrinin kəsişməsində baş verib.
Məlumata görə, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində təxminən 45-50 yaşlarında olan sürücü hadisə yerində dünyasını dəyişib.
İlkin ehtimallara əsasən, sürücünün sükan arxasında qəfildən ürəktutması keçirdiyi və qəzanın bu səbəbdən yarandığı ehtimal olunur. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır./teleqraf
