Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var
Kateqoriya məlum deyil
T

Ağdərə rayonunun Vəngli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az bildirir ki, "Mercedes" markalı mikroavtobusun "Niva" markalı minik avtomobili ilə toqquşması nəticəsində çoxsaylı şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları vasitəsilə xəstəxanalara çatdırılır.

Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı araşdırılır.

PAYLAŞ