Tovuzda maşın aşdı, ölən və yaralananlar var

Kateqoriya məlum deyil
T
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./apa.az
