Logo

Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı

Nəsimidə oğurluq edən iki nəfər saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtın Nəsimi rayonunda baş verən iki ayrı oğurluq faktı üzrə şübhəli şəxslər polis tərəfindən saxlanılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bankomatda unudulan pul vəsaitini mənimsəməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı S.Süleymanov müəyyən edilərək tutulub.

Bundan başqa, rayon ərazisində yerləşən iaşə obyektlərindən birindən 900 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 35 yaşlı R.Kərimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR