Ağır qəza: ölən var

Ağır qəza: ölən var
Kateqoriya məlum deyil
T

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, qəza rayonun Muğanlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini, 1988-ci il təvəllüdlü Bəylərov Amil Allahyar oğlunun idarə etdiyi "Kia" markalı avtomobil əslən Şuşa rayonundan olan, 2007-ci il təvəllüdlü Həsənov Qara Ramil oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, Amil Bəylərovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./teleqraf

PAYLAŞ