Bakıda 3 yaşlı uşaq bıçaqlanıb? - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda 3 yaşlı uşaq bıçaqlanıb? - TƏFƏRRÜAT - YENİLƏNİB

16:30

Bakıda bıçaqlandığı bildirilən 3 yaşlı uşağı başqa səbəbdən xəsarət aldığı məlum olub.

Sfera.az bildirir ki, üç yaşlı Ümid Cəbrayılovun anası Çiçək Cəbrayılova report-a açıqlamasında övladının üstünə çilçıraq (lüstur) düşdüyünü deyib: "Lüsturu yuyub paltar dolabının üstünə qoymuşdum. Ümid bacısı ilə oynayarkən dolaba toxunub. Nəticədə lüstur onun belinə düşüb. O, kürək nahiyəsindən xəsarət alıb".

Hazırda uşağın vəziyyəti sabit orta-ağırdır.

Qeyd edək ki, Ü.Cəbrayılovla bağlı məlumatın "bıçaqlanma" kimi getməsinə səbəb onun yerləşdirildiyi xəstəxananın "Qeydiyyat kitabçası"nda qeydlərin səhv aparılması olub.

-----------

 

08:55

Bakıda 3 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.

Sfera.az report.az-a istinadən bildirir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Cəbrayılov Ümid Samir oğlu bel və kürək nahiyəsindən bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR