Mərdəkanda dənizdə batan dostlardan sonuncunun da meyiti tapıldı
Kateqoriya məlum deyil
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb.
Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna Fövqəladə Hallar Nazirliyindən cavab olaraq bildirilib.
Məlumata görə, 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.






