Üçqat “Oskar” mükafatı laureatının qızı maşında Ölü Tapıldı

Üçqat “Oskar” mükafatçısı Uilyam Uilyerin qızı 84 yaşlı Judith Sheldon (Cudit Şeldon) və 86 yaşlı əri Wiley Sheldon (Vayli Şeldon) Kaliforniyanın Redding şəhəri yaxınlığındakı yolda avtomobillərində ölü tapılıb.
Mərhumlar bir dostları ilə görüşmək üçün Oreqona gedirmiş.
Sfera.az bildirir ki, Kaliforniya Yol Patrul Xidməti hər iki şəxsin hadisə yerində öldüyünü bildirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, avtomobilin mühərriki işlək vəziyyətdə olub, ventilyator yüksək dərəcədə olsa da, kondisioner işləməyib. Maşında su da olmayıb.
Qeyd edək ki, cütlük 15 iyunda, bölgə üçün həddindən artıq isti xəbərdarlığı verilən gün tapılıb. Temperatur təxminən 43°C çatıb.
Cudit və Uayli Aşland Şekspir Festivalında iştirak etmək, dostları Devid Smitlə görüşmək üçün Oreqona gedirdilər.
"Onlar qəzaya düşməyiblər. Dayanıblar və hər ikisi orada ölüblər. Hamısı çox qəribə görünür. Hələ də şokdayıq"- deyə Smit açıqlamasında bildirib.
Şasta Şəhər Şerif Ofisinin sözçüsü Tim Meyps qeyd edib ki, yarılma ölümün istiliyə məruz qalmanın amil olub-olmadığını müəyyən etməyə kömək edəcək.
Cudit Şeldon rejissor Uilyam Uaylerin beş övladından biri idi. O, həmçinin "Həyatımızın Ən Yaxşı İlləri" və "Roma Tətili" filmlərində kiçik rollar oynayıb. O və keçmiş vəkil olan həyat yoldaşının bir oğulları var.
Aynil
