Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib

Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib
Kateqoriya məlum deyil
T

Bakıda həbs edilən Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyev Qırğızıstan hüquq-mühafizə orqanlarına ekstradisiya olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü A.Annaberdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan tərəfi tərəfindən təmin edilib.

Bildirilib ki, Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətində təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib və 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyaya əsasən onun ekstradisiyası barədə qərar qəbul olunub və A.Annaberdiyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qırğızıstanın səlahiyyətli orqanlarına təhvil verilib.

PAYLAŞ