İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
Kateqoriya məlum deyil
İsmayıllı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əyyub İslam oğlu Əfəndiyev iş görən zaman traktorun altında qalıb.
Onun ayağı traktorun tırtıl lentinə ilişib və nəticədə o, nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib./Oxu.az






