Bərdədə kanaldan gənc oğlanın meyiti tapıldı
Kateqoriya məlum deyil
Bərdə rayonunda su kanalında meyit aşkarlanıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Qarağacı kəndi ərazisindən keçən Yuxarı Qarabağ su kanalında qeydə alınıb.
İlkin məlumata görə, kanaldan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun meyiti tapılıb. Meyitə baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.






